Operativ Məlumat Mərkəzi

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

2 dəq
Paylaş:
Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

İyulun 3-də Kamran Əliyev Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran, Astara rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qəbuldan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Qəbulda iştirak edən 32 nəfər vətəndaşın müraciətində işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax