Operativ Məlumat Mərkəzi

Baş katib: "OPEС Yaxın Şərqdəki gərginliklə əlaqədar neft bazarında əlavə tədbirlərə ehtiyac görmür"

2 dəq
Paylaş:
Baş katib: "OPEС Yaxın Şərqdəki gərginliklə əlaqədar neft bazarında əlavə tədbirlərə ehtiyac görmür"

İsrail və İran arasında gərginliyin artması tədarükündə təxirəsalınmaz dəyişikliklər tələb etmir, çünki cari şərtlər sabit olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu -in Heysam əl-Qais bəyan edib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hava Qüvvələri xüsusilə İranın hərbi və obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax