Əsas məzmuna keç

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib

bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan müraciətində deyilir. Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək...

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin dövrü ilə müqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə hər zaman ehtiyac var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYPİ) piyadalara müraciətində deyilir.

Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək respublika ərazisində “, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Tədbir çərçivəsində piyadalar tərəfindən qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir”, deyə müraciətdə qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…