Əsas məzmuna keç

Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir yekunlaşıb

Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev...

Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən küçəsi arasında yerləşən 910 metr uzunluğa malik olan hissəsində apardığı təmir işlərini yekunlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, zamanı köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yerlərdə piyada səkilərinin, həmçinin yol ayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Daha sonra küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…