Əsas məzmuna keç

Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək

Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək

Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15 küçəsində və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.

Məlumata görə, proses Binəqədi rayonunun II Mədən, Gənclik, 10 May və Davud , Yasamal rayonunun Zivər bəy , Səbail rayonunun Əli Nəzmi, Salman Mümtaz və Seyran , Xətai rayonunun Marat Əmirxanov, Sabunçu rayonunun Babək, Möhsün Sənani, Əsildar Məmmədov və Mehdi Hüseynzadə, Suraxanı rayonunun Səttar Bəhlulzadə və 46-cı Yeni Suraxanı küçələrindəki yaşayış binalarında yerləşən mənzilləri və qeyri-yaşayış obyektlərini, eləcə də onların əlavə artırma sahələrini əhatə edəcək.

Qiymətləndirmə Konstitusiyaya, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna, milli və qiymətləndirmə standartlarına, müvafiq qanunvericilik aktlarına uyğun şəkildə aparılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…