Azərbaycan və BMT-nin Məskumlaşma Proqramı ("UN-Habitat") arasında işğaldan azad edilmiş kəndlərin planlaşdırılması ilə bağlı saziş imzalanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün Nyu Yorkda UN-Habitat-ın İcraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın yeni mərhələsini açan Saziş imzaladıq. İlk dəfə olaraq UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd yaşayış məntəqələrinin planlaşdırılması prosesinə birbaşa töhfə verəcək. Birgə layihə çərçivəsində Cəbrayıl rayonunun Quycaq, Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədləri hazırlanacaq. Bu tərəfdaşlıq "Böyük Qayıdış" Proqramının həyata keçirilməsinə töhfə verərək, doğma yurdlarına qayıdan vətəndaşlar üçün daha keyfiyyətli, dayanıqlı, insan mərkəzli yaşayış mühiti formalaşdırılmasını dəstəkləyəcək", -deyə komitə sədri bildirib.