Operativ Məlumat Mərkəzi

Bakıda xanım sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüləri saxlanılıb

2 dəq
Paylaş:
Bakıda xanım sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüləri saxlanılıb

Bakıda xanım sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüləri saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətinin bölmə rəisi Nurlan məlumat verib.

Bildirlib ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz təkliflər etmələri barədə orqanlarına müraciətlər daxil olur.

"Bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla “Toyota” markalı 90-YL-396, “Mercedes” markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

Diqqətə ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir".

"Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər", məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax