Operativ Məlumat Mərkəzi

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırılıb

2 dəq
Paylaş:
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tələblərinə cavab liftin fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8, bina 33 ünvanında “Main” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Main” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax