Operativ Məlumat Mərkəzi

Bakıda sexdə yanğın olub - 09.12.2024

2 dəq
Paylaş:
Bakıda sexdə yanğın olub - 09.12.2024

Bakıda sexdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” xəttinə Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 456 kv.m. olan taxta sexinin yanar konstruksiyaları 156 kv.m. sahədə, həmçinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 167 kv.m. olan boya sexinin yanar konstruksiyaları yanıb.

Taxta sexinin böyük hissəsi və bina yanğından mühafizə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax