Operativ Məlumat Mərkəzi

Partlayışda yaralanan daha bir nəfər ölüb

2 dəq
Paylaş:
Partlayışda yaralanan daha bir nəfər ölüb

Bakı şəhəri, Binəqədi rayonunda mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.

Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.

Hazırda zəruri tibbi yardımlar göstərilməklə digər şəxslərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin , 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanaraq istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax