Əsas məzmuna keç

Partlayışda yaralanan daha bir nəfər ölüb

Partlayışda yaralanan daha bir nəfər ölüb

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb. Baş Prokurorluğun Mətbuat...

Bakı şəhəri, Binəqədi rayonunda mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.

Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.

Hazırda zəruri tibbi yardımlar göstərilməklə digər şəxslərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin , 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanaraq istintaq aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…