Əsas məzmuna keç

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi

Rəsmi Bakı cinayətkarın ekstradisiyası ilə bağlı Aşqabadın sorğusunu cavablandırıb. Beynəlxalq axtarışda olan şəxsin ölkədən çıxarılmasının təfərrüatları.

en ru

beynəlxalq axtarışda olan 1979-cu il təvəllüdlü Başımov Dovletgeldi Nursaxedoviçi Türkmənistana təhvil verib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sözügedən şəxsin məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…