Əsas məzmuna keç

Bakıda “Sea Breeze” istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır

Bakıda “Sea Breeze” istirahət mərkəzinə aparan marşrut fəaliyyətə başlayır

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Nəqliyyat...

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Mübadilə Mərkəzini "Sea Breeze" mərkəzi ilə əlaqələndirən yeni 150E ekspres marşrutu fəaliyyətə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Həftənin şənbə və bazar günləri “Koroğlu” metrostansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək. Marşrutu "BakuBus" MMC istismar edəcək və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-a qədər 30 dəqiqə intervalla xidmət göstərəcək. Avtobuslarda gediş haqqı 80 qəpikdir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…