Əsas məzmuna keç

Koroğlu-Sea Breeze ekspres xətti açılır

Koroğlu-Sea Breeze ekspres xətti açılır

Bakıətrafı sərnişindaşımada yeni mərhələ: Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Nardaran qəsəbəsinə hərəkət edəcək avtobusların qrafiki və qiyməti bəlli olub.

en ru

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən "Koroğlu" Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli marşrutunun fəaliyyəti bərpa olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar bunlardır: prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi); Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi); Mərdəkan prospekti (Binə qəsəbəsi); Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə); 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi); Bilgəh Kardioloji Sanatoriyası; Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi); Sea Breeze 1; Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 manat müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…