Operativ Məlumat Mərkəzi

Bakıda qadın ərinin qətlini təşkil edib - TƏFƏRRÜATLAR

2 dəq
Paylaş:
Bakıda qadın ərinin qətlini təşkil edib - TƏFƏRRÜATLAR

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanaraq aparılır.

Keçirilən istintaq- tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax