Operativ Məlumat Mərkəzi

Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs edilib

2 dəq
Paylaş:
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs edilib

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında edən daha bir sürücü həbs edilib.

Bakı şəhər Dövlət İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Məhərrəmov Zirəddin Firəddin oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax