Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs edilib

Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs edilib
27.03.2024 10:35
Aa
dəq

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Məhərrəmov Zirəddin Firəddin oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Həftənin ən çox oxunanları

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda
DAVAMIN OXU davamın oxu

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub
DAVAMIN OXU davamın oxu

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu