Operativ Məlumat Mərkəzi

Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA - 07.08.2024

1 dəq
Paylaş:
Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA - 07.08.2024

Avqustun 7-si saat 8:30-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi və dağətəyi rayonlarda qısamüddətli yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Gədəbəy, Naftalan, Qobustan, Altıağac, Quba, Şabranda, Bakıda və yarımadasında 1 mm-dək olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq -qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 18 m/s-dək güclənib.

Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax