Operativ Məlumat Mərkəzi

Bakıda iaşə obyektində yanğın olub - VİDEO

2 dəq
Paylaş:
Bakıda iaşə obyektində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının ikimərtəbəli mansarda tipli iaşə obyektinin mansardında baş verdiyi və genişlənərək obyektin digər hissələri və obyektlərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 137m² olmaqla ümumi sahəsi 274m² olan ikimərtəbəli mansarda tipli obyektin 2-ci mərtəbəsində fəaliyyət göstərən restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80m² sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax