Operativ Məlumat Mərkəzi

Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

1 dəq
Paylaş:
Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

əməkdaşları Bakının Suraxanı rayonunda zamanı rayon sakinlərindən və silah götürüblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax