Operativ Məlumat Mərkəzi

Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilir

2 dəq
Paylaş:
Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilir

Bakıda “Yaşıl iqtisadiyyat, əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri , deputat və xarici rəsmi şəxslər iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.

Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.

Tədbirin rəsmi bağlanış mərasimi Bakıda olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax