Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilir

Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilir
22.05.2023 10:25
Aa
dəq

Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.

Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.

Tədbirin rəsmi bağlanış mərasimi Bakıda olacaq.

Həftənin ən çox oxunanları

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi
DAVAMIN OXU davamın oxu

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

"Azərbaycan seçici siyahıları ilə bağlı fəaliyyətində dünyada bir nümunə kimi göstərilir"

DAVAMIN OXU davamın oxu

Bu dairələrdən şikayətlər var

Bu dairələrdən şikayətlər var
DAVAMIN OXU davamın oxu

"Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır"

DAVAMIN OXU davamın oxu