Operativ Məlumat Mərkəzi

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə hadisələri qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən iki min manatdan artıq nağd pul, 12 dəyərində tütün məmulatları və ödəmə terminallarından 27 000 manata yaxın maddi vəsait ələ keçiriblər.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax