Operativ Məlumat Mərkəzi

Bakı və Tehran bu məsələdə razılaşdılar

2 dəq
Paylaş:
Bakı və Tehran bu məsələdə razılaşdılar

və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.

Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”, – o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax