Operativ Məlumat Mərkəzi

Bakı Su Həftəsi işə başlayıb

2 dəq
Paylaş:
Bakı Su Həftəsi işə başlayıb

Bu gün Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi işə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla əlaqədar paytaxtda bütün dünyada mühüm və sahələrdən biri olan su təsərrüfatı üzrə Su Təsərrüfatı Sərgi və Konfransı keçirilir.

Tədbir Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilib. Məqsəd bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdir.

Bakı Su Həftəsinin təşkil edilməsində isə məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Bakı Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax