Operativ Məlumat Mərkəzi

Bakı-Quba yolunda baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib

1 dəq
Paylaş:
Bakı-Quba yolunda baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol- hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yük maşını idarəetmədən beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin edib.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax