Əsas məzmuna keç

Bakı Metropoliteni gediş haqqının artırılacağı barədə məlumatlara münasibət bildirib

Bakı Metropoliteni gediş haqqının artırılacağı barədə məlumatlara münasibət bildirib

bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. “Hazırda Metropolitendə...

"Bakı Metropoliteni" QSC-nin haqqı tariflərinin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat yoxdur”, - deyə o əlavə edib.

“Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil isə jurnalistlərə bildirib ki, dünyada metro sistemlərində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur:

“Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən aparılır”.

E. Əhmədov qeyd edib ki, qruplara münasibətdə də xüsusi nəzərdə tutulur:

“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, bir səfərlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir”.

O əlavə edib ki, hələlik yekun qərar qəbul olunmayıb: “Bu istiqamətdə daim müzakirələr aparılır”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…