Operativ Məlumat Mərkəzi

“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

2 dəq
Paylaş:
“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliyə əsasən, “Azərsilah” Açıq Cəmiyyəti İdarə Heyətinin sədri “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan çıxarılır.

“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”ndan da çıxarılır.

Dəyişikliklə Azərbaycan Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na daxil edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax