Əsas məzmuna keç

Azərbaycanlı riyaziyyatçılar ABŞ-da qızıl medallar qazanıblar

Azərbaycanlı riyaziyyatçılar ABŞ-da qızıl medallar qazanıblar

"Global Olympic Center"-in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif...

Azərbaycanlı ABŞ-ın Nyu-York şəhərində, Kolumbiya Universitetində keçirilən Kopernikus Olimpiadasında 7 , 23 gümüş və 13 bürünc medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Global Olympic Center"-in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Səfir gənc riyaziyyatçılara uğurlar arzulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…