Azərbaycanlı riyaziyyatçılar ABŞ-da qızıl medallar qazanıblar

Azərbaycanlı riyaziyyatçılar ABŞ-da qızıl medallar qazanıblar
13.07.2023 09:26
Aa
dəq

Azərbaycanlı riyaziyyatçılar ABŞ-ın Nyu-York şəhərində, Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Global Olympic Center"-in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Səfir gənc riyaziyyatçılara uğurlar arzulayıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu