Əsas məzmuna keç

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

Laçında keçirilən görüşdə enerji infrastrukturlarının sərhəddə əlaqələndirilməsi və elektrik təchizatı sahəsindəki əməkdaşlıq perspektivləri dəyərləndirilib.

en ru

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “ Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Nazirlər Kabinetindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…