Əsas məzmuna keç

Azərbaycanla Dominikan arasında birbaşa uçuşların açılması təklif edilib

Azərbaycanla Dominikan arasında birbaşa uçuşların açılması təklif edilib

bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin rəhbəri Göydəniz Qəhrəmanovla Dominikan Respublikasının Türkiyədəki...

Azərbaycanla arasında birbaşa aviareyslərin açılması hər iki ölkəyə turist axınına xidmət edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin rəhbəri Göydəniz Qəhrəmanovla Dominikan Respublikasının Türkiyədəki səfiri Elvis Alam ilə keçirilən işgüzar görüşdə bildirilib.

Azərbaycanın həm gəlmə, həm də getmə turizmi ilə məşğul olan şirkətləri üçün yeni istiqamətlərin açılmasının vacibliyinə toxunan G. Qəhrəmanov ATAA-nın pandemiyadan sonra ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, mövcud turizm destinasiyalarının və məhsullarının yeni turizm bazarlarında təşviqində maraqlı olduğunu bildirib.

Dominikan Respublikasının geniş turizm potensialına sahib olduğunu diqqətə səfir Elvis Alam ada ölkəsində istirahət, eko və sağlamlıq turizminin geniş yayıldığını, əlverişli iqliminə görə il ərzində uzaq ölkələrdən belə böyük sayda turistin səfər etdiyini vurğulayıb. Səfir ölkəsində fəaliyyət göstərən turoperatorlar və turizm şirkətləri ilə ATAA arasında qarşılıqlı əlaqələrinin yaradılmasına dəstək göstərməyə hazır oluduğunu bildirib.

Turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin formalaşdırılması məqsədilə baş tutan görüş çərçivəsində birgə iş birliyinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili, kombo turların hazırlanması, kommunikasiya əlaqələrinin inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…