Operativ Məlumat Mərkəzi

Azərbaycanın yeni peykini orbitə çıxaracaq

2 dəq
Paylaş:
Azərbaycanın yeni peykini orbitə çıxaracaq

İnkişaf və Nazirliyi yanında Kosmik Agentlik ("") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.

“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax