Operativ Məlumat Mərkəzi

Azərbaycanla Qazaxıstan süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

2 dəq
Paylaş:
Azərbaycanla Qazaxıstan süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir
bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində məlumat verib. “Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində məlumat verib.

“Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Səfər çərçivəsində “Astana Hub” innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq” - deyə paylaşımda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər