Əsas məzmuna keç

IV Milli Kibertəhlükəsizlik Forumu Bakıda keçiriləcək

IV Milli Kibertəhlükəsizlik Forumu Bakıda keçiriləcək

Paytaxtda baş tutacaq tədbirdə AKTA və rəsmi şəxslər rəqəmsal təhdidləri müzakirə edəcək. Yeni texnologiyalar və qlobal trendlər barədə ən son detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İyunun 4-də Təşkilatları Assosiasiyası tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Bakıda “4-cü Milli Kibertəhlükəsizlik ” təşkil olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin aparıcı kibertəhlükəsizlik platformalarından birinə çevrilən forum dövlət qurumlarını, özəl sektor nümayəndələrini, beynəlxalq tərəfdaşları, şirkətlərini və sahə üzrə ekspertləri bir araya gətirərək, kibertəhlükəsizlik sahəsində aktual çağırışların və perspektivlərin müzakirəsi üçün mühüm əməkdaşlıq mühiti formalaşdıracaq.

Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlərin, aparıcı qlobal IT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulur. Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kiber təhdidlər, texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.

Bununla yanaşı, forum çərçivəsində keçiriləcək panel sessiyalarında və təqdimatlarda “kibertəhlükəsizlik sahəsində aktual risklər”, “innovativ həllər və qabaqcıl texnologiyalar”, “qlobal texnoloji trendlər”, “beynəlxalq təcrübələr və uğurlu praktiki nümunələr” ətrafında fikir mübadiləsi aparılacaq.

Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil ediləcək. Sərgidə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirəcəklər.

IV Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə, eləcə də rəqəmsal təhlükəsizlik üzrə yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Forum haqqında daha ətraflı məlumatı www.cyberforum.az saytından əldə etmək mümkündür

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…