Operativ Məlumat Mərkəzi

Azərbaycanın builki büdcə gəlirləri müstəqillik tarixinin ən böyük göstəricisi ola bilər

2 dəq
Paylaş:
Azərbaycanın builki büdcə gəlirləri müstəqillik tarixinin ən böyük göstəricisi ola bilər

Yenidən qanun layihəsində 2023-cü il dövlət büdcəsinin gəlirləri artırılmaqla tarixinin ən böyük göstəricisi olub, gəlirlərin əsas tərkib hissələri üzrə göstəricilər 14 üzrə çox, 1 mənbə üzrə az olmuş, 6 mənbə sabit saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, yenidən baxılma zamanı büdcə gəlirləri 33 779,5 proqnozlaşdırılıb ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş göstəriciyə nisbətən 9,8% çoxdur.

Yenidən baxılan dövlət büdcəsinin gəlirlərində nəzərdə tutulmuş 3 005,5 milyon manat artımın əsas hissəsinin hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi və DNF-dən transfertlərin artırılması hesabına təmin olunacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax