Operativ Məlumat Mərkəzi

Azərbaycandakı ödənişli yolda YENİLİK

2 dəq
Paylaş:
Azərbaycandakı ödənişli yolda YENİLİK

Bakı-Quba- ilə dövlət sərhədi ödənişli yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, kartı yolun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (yolun sonuncu məntəqəsi) keçid məntəqələrindən, həmçinin Bakıdakı 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.

Hazırda yoldan həm “Sürətli Keçid Kartı” ilə, eyni zamanda keçid məntəqələrində bank kartı ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız kart sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən kartı əldə etmələri xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax