Operativ Məlumat Mərkəzi

Azərbaycanda yaşayan 75 ƏCNƏBİ SAXLANILDI - VİDEO

2 dəq
Paylaş:
Azərbaycanda yaşayan 75 ƏCNƏBİ SAXLANILDI - VİDEO

Oktyabr ayı ərzində Bakı və şəhərlərində qanunsuz 75 əcnəbi saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib

Bildirilib ki, 2024-cü ilin oktyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə Bakı və Sumqayıt şəhərlərində həyata keçirdikləri -axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 75 əcnəbi vətəndaş saxlanılıb.

"Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər. Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 488 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax