Operativ Məlumat Mərkəzi

Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılıb

1 dəq
Paylaş:
Azərbaycanda tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılıb

Mərkəzi Bankının sədri Kazımovun imzasının əks olunduğu 1 kağız pul nişanları bu gündən tədavülə buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.

Yeni pul hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax