Operativ Məlumat Mərkəzi

Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb

2 dəq
Paylaş:
Azərbaycanda qanunsuz yaşayan əcnəbilər saxlanılıb

Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə -axtarış tədbirləri zamanı ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan , həmçinin işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi edilərək saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.

Araşdırmalarla əcnəbilərin öz həmvətənləri tərəfindən 1100-2200 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.

Qanunsuz miqrasiyanı təşkil etdiyinə dair barəsində əsaslı sübutlar əldə edilən əcnəbilərdən birinin Azərbaycanda yaşadığı məlum olub. Hazırda həmin əcnəbinin şəxsiyyətinin müəyyən olunması və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax