Operativ Məlumat Mərkəzi

Azərbaycanda qanunsuz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur

2 dəq
Paylaş:
Azərbaycanda qanunsuz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur

Azərbaycanda icazəsiz obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinəqoşulması olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklik layihəsi şəhərsalma və qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə)qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.

Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Eyni məzmunlu dəyişikliklər “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara da təklif olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax