Operativ Məlumat Mərkəzi

Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb

2 dəq
Paylaş:
Azərbaycanda ötən il vergi ödəyicilərinə qarşı 637 cinayət işi başlanılıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəməkdən yayınma faktları üzrə Cinayət Məcəlləsinin maddələri ilə cəmi 637 başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 0,9 % azdır.

Hesabat dövründə istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş 55,3 milyon manat məbləğində ziyandan ibtidai istintaq zamanı maliyə sanksiyaları ilə birlikdə 16,5 milyon manat məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bundan başqa, ötən il yanvarın 1-dən Vergi Məcəlləsində və əlaqəli normativ sənədlərdə edimiş əlavə və dəyişikiklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə strukturları 870 minə yaxın vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki kabinetinə 2,1 milyona yaxın məlumatlandırma xarakterli məktub göndərib.

Ümumilikdə dövr ərzində xidmat strukturları 5,5 min vergi ödəyicisinə ünvanlı xidmət göstərməklə, 4,3 min vergi ödəyicisinin iştirakı ilə 306 sayda görüş keçirməklə, yazışma xidmət kanalı vasitəsilə vergi ödəyicilərinə ümumilikdə 13,1 milyona yaxın məktub, o cümlədən 2 milyondan çox SMS göndərməklə vergi ödəyicilərini vəzifə və öhdəlikləri barədə məlumatlandırıb, onlara zəruri məlumatlar verib, habelə vergi ödəyicilərinə məxsus elektron kabinetlərdə müxtəlif aktual mövzularda elanlar yerləşdirilərək aidiyyəti vergi ödəyicilərinin məlumatlandırılmasını təmin edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax