Operativ Məlumat Mərkəzi

Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq

2 dəq
Paylaş:
Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq

Gələn ay Azərbaycanda keçiriləcək Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfransının 29-cu sessiyası () çərçivəsində baş tutacaq tədbirlərdə BMT-nin altı rəsmi dilinə tərcümə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “ Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, sessiya müddətində BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək.

Məlumat üçün bildirək ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.

Qeyd edək ki, tədbir noyabr ayının 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax