Əsas məzmuna keç

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 4 500-ü ötüb

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 4 500-ü ötüb

Bu qədər İpoteka və Zəmanət Fondu (İKZF) 50 216 borcalana 3 milyard 092,763 kredit verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 475,296 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 510 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, 2017-ci ilin sonunda “ İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…