Operativ Məlumat Mərkəzi

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

1 dəq
Paylaş:
Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

ərazisində bu qışın sərt keçəcəyi barədə məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən hazırlanır:

"Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur. Biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax