Əsas məzmuna keç

Aprel ayı hava proqnozu: Ölkə ərazisi yağıntılı olacaq

Aprel ayı hava proqnozu: Ölkə ərazisi yağıntılı olacaq

Bakı və regionlarda qeyri-sabit hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidməti şimşək, dolu və sel xəbərdarlığı etdi. Dağlara qar yağacaq, bəs nə vaxt?

en ru

Aprel ayının birinci ongünlüyündə ölkə ərazisində dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Hava proqnozu

25° Bakıda indiBuludlu
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…