Operativ Məlumat Mərkəzi

Azərbaycanda bələdiyyələrin sayının yarıdan çox azaldılması təsdiqlənib

2 dəq
Paylaş:
Azərbaycanda bələdiyyələrin sayının yarıdan çox azaldılması təsdiqlənib

Azərbaycanda 1 400 bələdiyyə ümumi sayının 685-ə endirilməsi təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə − “ Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim olunan rəylərə baxılıb və nəticədə 1 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.

Layihə səsverməyə qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax