Operativ Məlumat Mərkəzi

Azərbaycana çinli turistlərin kütləvi səfərləri bərpa olunur

2 dəq
Paylaş:
Azərbaycana çinli turistlərin kütləvi səfərləri bərpa olunur

Koronavirus (COVID-19) pandemiyasından sonra Çindən Azərbaycana ilk qrupun səfəri baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2019-cu ildə “ Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memoranduma əsasən, Azərbaycan çinli turistlərin edə biləcəyi ölkələr siyahısına salınıb.

Növbəti illərdə Çində marketinq və təbliğat işlərinin intensiv olaraq edilməsi, çinli turistlərin sayının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə bir dəfə olmaqla uçuşlar həyata keçirilir.

2023-cü ilin ilk rübündə Çindən Azərbaycana 1 279 nəfər səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 40 % bərpa deməkdir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax