Azərbaycana çinli turistlərin kütləvi səfərləri bərpa olunur

Azərbaycana çinli turistlərin kütləvi səfərləri bərpa olunur
14.04.2023 12:43
Aa
dəq

Koronavirus (COVID-19) pandemiyasından sonra Çindən Azərbaycana ilk qrupun səfəri baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 2019-cu ildə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memoranduma əsasən, Azərbaycan çinli turistlərin səyahət edə biləcəyi ölkələr siyahısına salınıb.

Növbəti illərdə Çində marketinq və təbliğat işlərinin intensiv olaraq bərpa edilməsi, çinli turistlərin sayının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə bir dəfə olmaqla uçuşlar həyata keçirilir.

2023-cü ilin ilk rübündə Çindən Azərbaycana 1 279 nəfər səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 40 % bərpa deməkdir.

Həftənin ən çox oxunanları

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
DAVAMIN OXU davamın oxu

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb
DAVAMIN OXU davamın oxu

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu