Operativ Məlumat Mərkəzi

Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

2 dəq
Paylaş:
Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistana səfəri çərçivəsində Özbəkistanın ədliyyə naziri Akbar Taşkulovla görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ilə arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyi qeyd olunub, bu əlaqələrin möhkəmlənməsində İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mühüm rolu xüsusi vurğulanıb.

Nazirlər iki ölkə arasında ədliyyə sahəsində perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Həmçinin Təşkilatı çərçivəsində üzv dövlətlər arasında sahə üzrə uğurlu çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Görüş zamanı tərəflər arasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Əməkdaşlıq Proqramına əsasən, 2025 və 2026-cı illərdə Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında hüquqşünasların tədrisi, notariat təcrübəsinin təkmilləşdirilməsi, ədliyyə sahəsində rəqəmsallaşma, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax